
Azərbaycan millisinin toplanışı səbəbindən Gənclər Liqasının oyunları təxirə salınıb
AFFA-nın təşkil etdiyi Gənclər Liqasında 2-ci mərhələnin 4-cü və 5-ci tur oyunları təxirə salınıb.
Bu barədə Komanda.az-a AFFA-nın mətbuat xidmətindən məlumat verilib.
Buna Azərbaycanın U-20 millisinin aprelin 13-26-sı aralığında Qəbələdə təlim-məşq toplanışı keçirməsi səbəb olub.
Aprelin 18-19 və 25-26-da keçirilməsi planlaşdırılan matçlar qeyri-müəyyən müddətə ertələnib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



