Azərbaycan millisinin Rusiya ilə oynamasını istəyir – “Sabah”ın baş məşqçisi

“Sabah”ın baş məşqçisi Murad Musayev Azərbaycan və Rusiya yığmaları arasında yoldaşlıq görüşünü izləmək istədiyini bildirib.

Komanda.az xəbər verir ki, 39 yaşlı mütəxəssis bu barədə “RB Sport”-a açıqlama verib.

O, Rusiya millisinin hazırki durumu barədə danışıb:

“Belə görüş maraqlı olardı. Amma təəssüf ki, mənim federasiya ilə əlaqəm yoxdur. Ona görə Azərbaycanda insanların bu barədə nə düşündüyünü bilmirəm. Bakıda yaxşı stadion var. Belə matç marağın artmasına səbəb olacaq”.

Musayev Rusiya komandasının rəsmi oyunlar keçirə bilmədiyini xatırladıb:

“Yoldaşlıq matçları keçirmək imkanı var və bundan istifadə etmək düzgündür. Yığmaya yeni oyunçular cəlb edilir, iş dayanmır. Ümid edirəm ki, tezliklə hər şey öz həllini tapacaq”.

Rusiya qoşunları fevralın 24-də Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button