Azərbaycan millisinin Moldova ilə matçı ukraynalılara tapşırıldı

Azərbaycan millisinin Moldova ilə yoldaşlıq oyununun hakimləri dəqiqləşib.

Komanda.az Moldova Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, oyunu ukraynalı hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Denis Şurman olacaq. Ona Aleksandr Jukov və Viktor Nıjnık kömək edəcək.

Noyabrın 16-da Kişinyovdakı “Zimbru” stadionunda keçiriləcək Moldova – Azərbaycan matçı saat 21:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button