Azərbaycan millisinin məşqçilər heyətində dəyişiklik 

Taekvondo üzrə Azərbaycan millisinin baş məşqçisi dəyişib.

Komanda.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, yeniyetmələrdən ibarət yığma Rəşad Məmmədova həvalə edilib.

O, bu postda Elnur Amanovu əvəzləyib. Amanov isə fəaliyyətini Reza Mehmandoustun rəhbərlik etdiyi kişilərdən ibarət millinin məşqçilər korpusunda davam etdirəcək. 45 yaşlı mütəxəssis komandada böyük məşqçi funksiyasını yerinə yetirəcək.

Yeniyetmələrdən ibarət yığmada Vurğun Cəfərov əvvəl olduğu kimi, yenə böyük məşqçi kimi çalışacaq.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button