Azərbaycan millisinin DÇ üçün heyəti açıqlandı
Rusiyanın Ufa şəhərində gənc güləşçilərin dünya çempionatı davam edir.
Komanda.az xəbər verir ki, yarışın son 3 günündə mübarizəyə qoşulacaq yunan-Roma güləşçilərimiz bu gün Rusiyaya yollanıb.
Heyətdə böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədov və Zöhrab Abbasovun rəhbərliyi altında Elmir Əliyev (55 kq), Nihat Məmmədli (60 kq), Ziya Babaşov (63 kq), Həsrət Cəfərov (67 kq), Xasay Həsənli (72 kq), Elcan Məmmədov (82 kq), Murad Əhmədiyev (82 kq), Laçın Vəliyev (87 kq) və Sərxan Məmmədov (130 kq) yer alıb.
Avqustun 20-də 55, 63, 77, 87 və 130 kq-da yer alan güləşçilər xalçaya çıxacaq. Növbəti gün digər çəkilərdəki pəhləvanlar mübarizəyə qoşulacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin