Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti müəyyənləşib

Gənc taekvondoçulardan ibarət Azərbaycan milli komandasının oktyabrın 6-da Latviyanın paytaxtı Riqada start götürəcək olimpiya çəkiləri üzrə Avropa çempionatı üçün heyəti müəyyənləşib.

Federasiyadan Komanda.az-a verilən məlumata görə, iki gün davam edəcək yarışda yığmanın 6 üzvü mübarizə aparacaq.

Azərbaycanı qitə çempionatında baş məşqçi Məmməd Abdullayevin rəhərliyi altında Xıdır Məmmədov (48 kq), Nihad Məmmədzadə (55 kq), Nizami Hacıyev (63), Vaqif Hacıyev (73 kq), Zemfira Həsənzadə (44 kq) və Nərgiz Kazımova (49 kq) təmsil edəcəklər.

Milli komanda artıq turnirin hazırlığına başlayıb. Federasiyanın idman zalında təşkil olunan təlim-məşq toplanışı oktyabrın 3-də başa çatacaq. Komanda Riqaya oktyabrın 4-də yollanacaq.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button