Azərbaycan millisi bu dəfə uduzdu

Moldovanın paytaxtı Kişinyovda təlim-məşq toplanışını davam etdirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində bu gün moldovalı həmyaşıdları ilə növbəti yoxlama oyununu keçirib.

Komanda.az xəbər verir ki, qarşılaşma Moldova millisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, bu komandalar arasında iyunun 4-də keçirilən ilk oyun 1:1 hesabı ilə nəticələnmişdi.

Yoxlama oyunu

6 iyun

13.00 Moldova U-19 – Azərbaycan U-19 2:0
Qol:
Vlas Aleksandru, 62. İlie Botnari, 85.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button