Azərbaycan kuboku: Cavab oyunlarının başlama vaxtı bilindi

Azərbaycan kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının təqvimi müəyyənləşib.

Komanda.az xəbər verir ki, hər iki qarşılaşma aprelin 29-da keçiriləcək və “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

Azərbaycan kuboku, yarımfinal mərhələsi, cavab oyunları

29 aprel

Qarabağ – Sumqayıt
Tofiq Bəhramov adına Respublika Stadionu, 17:00
İlk oyun – 0:0

Zirə – Keşlə
Zirə İdman Kompleksinin stadionu, 20:00
İlk oyun – 2:1