Azərbaycan kubokunda ilk dəfə

Bu həftə 2021/22 mövsümünə yekun vurulacaq.

Komanda.az xəbər verir ki, mövsüm Azərbaycan kubokunun final matçı ilə başa çatacaq.

Qəbələdəki qarşılaşma ölkə kubokunda yeni cütün dueli ilə əlamətdar olacaq. İndiyədək yolları kəsişməyən rəqiblər 30-cu kubokun qalibi olmaq üçün mübarizə aparacaq.

Finalçılar Azərbaycan kubokunda ilk dəfə üz-üzə gələcək. Rəqiblər indiyədək bu turnirdə qarşılaşmayıblar. “Zirə” “Qarabağ”ın kubokda 39-cu rəqibi olacaq. Ağdam klubu isə qəsəbə təmsilçisi üçün 10-cu rəqibdir. Yarışın 30 illik tarixində 472 müxtəlif cüt üz-üzə gəlib. “Qarabağ” – “Zirə” bu siyahıda 473-cü olacaq.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button