Azərbaycan güləşçiləri üçün AÇ-də uğursuz gün

Bolqarıstanın Samokov şəhərində yeniyetmə güləşçilərin Avropa çempionatı davam edir.

Komanda.az xəbər verir ki, üçüncü yarış günündə 43, 49, 57, 65 və 73 kq-da çıxış edən qızlar mübarizəyə qoşulub.

Elvina Kərimzadə ilk mərhələdə sonuncu xal prinsipinə əsasən polşalı rəqibinə məğlub olub.

Ruzanna Məmmədova debütdə 29 saniyəyə slovakiyalı həmkarını “tuşe” ilə mübarizədən kənarlaşdırıb. Ancaq növbəti görüşdə İsveçrə idmançısıyla bacarmayıb.

Jasmin Əsgərova 1/8 finalda Xorvatiya təmsilçisinə uduzub. Fatimə İsayeva isə bu ölkənin digər idmançısına yenilib.

43 kq
Təsnifat: Elvina Kərimzadə – Viktoriya Jaroniek (Polşa) 1:1*

49 kq
1/8 final: Ruzanna Məmmədova – Andrea Zenuçova (Slovakiya) 4:0 (tuşe)
1/4 final: Ruzanna Məmmədova – Svenya Junqo (İsveçrə)

57 kq
1/8 final: Jasmin Əsgərova – Lana Noqiç (Xorvatiya) 1:4

65 kq
1/8 final: Fatimə İsayeva – Marta Besek (Xorvatiya) 2:5