Azərbaycan güləşçiləri İtaliyada yarışacaq

Sabah İtaliyanın paytaxtı Romada çimərlik güləşi üzrə Dünya Seriyasının mərhələ turniri start götürəcək.

Komanda.az xəbər verir ki, yarış iki gün davam edəcək.

Romada çimərlik güləşi üzrə millimizin baş məşqçisi Oyan Nəzərianinin rəhbərliyi altında iştirak edəcək heyət bu gün İtaliyaya yollanıb. Dünya Seriyasında ölkəmizi Mahal Novruzov (70 kq), Omid Kamaliağdam (80 kq), İbrahim Yusubov (90 kq) və Oyan Nəzəriani (+90 kq) təmsil edəcək. Sentyabrın 3-də Bakı vaxtı ilə saat 12:00-da qrup mərhələsində mübarizəyə start veriləcək. Növbəti gün əvvəlcə qrupda son görüşlər keçiriləcək. Saat 17:00-da isə yarımfinal və final görüşləri başlayacaq.

Qeyd edək ki, beynəlxalq dərəcəli hakim Sədi Quliyev Dünya Seriyasında ədaləti qoruyacaq.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button