Azərbaycan derbisində qalib müəyyənləşmədi

Futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısına start verilib.

Komanda.az xəbər verir ki, iki günü əhatə edəcək 15-ci turun açılış matçında autsayder “Zirə” debütant “Sabah”la qarşılaşıb. “Sabah” rəqibi üzərində 2:0 hesablı qələbə qazanıb.

Günün digər qarşılaşmasında isə “Keşlə” doğma meydanda “Səbail”lə üz-üzə gəlib. Turnir cədvəlinin 3-cü pilləsində qərarlaşan “Səbail” rəqibini 3:0 hesabıyla məğlub edərək, mövqeyini möhkəmlədib.

Azərbaycan Premyer Liqasında yeganə bölgə komandası olan “Qəbələ” “Sumqayıt”ı qəbul edib. “Qəbələ” “kimyaçılar”ı 84-cü dəqiqədə Stiven Monrozun vurduğu yeganə qolla məğlub edib.

Turun son matçında bütün diqqətlər “Qarabağ” – “Neftçi” görüşünə yönəlib. “Köhlən atlar” uzun zamandır zirvədə yer alan “ağ-qaralar”la xallarını bərabərləşdirmək üçün mütləq qələbə qazanmalı idi. Riçard Almeyda, Reynaldo kimi futbolçularının geri dönməsi də “Qarabağ”a olan marağı artırıb. Baxmayaraq ki, Reynaldo zədə səbəbindən bu matçda iştirak etməyib. Bu oyunda qələbə qazanan komanda, cari mövsümdə çempionluğu daha çox haqq etdiyini göstərmiş olacaqdı. Lakin tərəflər bu vacib qarşılaşmadan heç-heçə ilə ayrılıblar.

Azərbaycan Premyer Liqası, 15-ci tur

2 fevral

Zirə – Sabah 0:2

Qol: Marko Deviç, 47-pen. Rəşad Eybuov, 68.

Qırmızı vərəqə: Məqsəd İsayev, 25 (“Sabah”) – Vüqar Mustafayev, 62. (“Zirə”)

Hakimlər: Rauf Cabbarov, Yaşar Abbasov, Nahid Əliyev, Nicat İsmayıllı
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Zirə İdman Kompleksinin stadionu, 16:30

Zirə: 85. Kamal Bayramov (k), 2. İlkin Qırtımov, 6. Vüqar Mustafayev, 88. Tellur Mütəllimov, 14. Bəxtiyar Həsənalızadə, 26. Miloş Radivoyeviç, 27. Adrian Skarlatake, 11. Dilan Duvetru, 91. Bilal Həmdi, 9. Aleksandr Dedov, 38. İlkin Muradov 

Ehtiyat oyunçular: 1. Orxan Sadıqlı, 8. Kamal Mirzəyev, 77. Mirsahib Abbasov, 10. Sadio Tounkara, 23. Kqasvane Mpho, 17. Robin Nqalande, 20. Fofana İsmael, 18. Xulio Sezar Rodriges, 3. Budaq Nəsirov, 62. Abdulla Seyidəhmədov, 99. Rafael Məhərrəmli 

Baş məşqçi: Samir Abasov 

Sabah: 30. Saşa Stamenkoviç, 13. Filip İvanoviç, 15. Erik Ramos, 9. Marko Deviç, 11. Elgün Nəbiyev, 10. Cavid İmamverdiyev (k), 8. Elşən Abdullayev, 19. Məqsəd İsayev, 7. Rəşad Eyubov, 17. Təmkin Xəlilzadə, 5. Kərim Diniyev 

Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 21. Novruz Məmmədov, 91. Coşqun Diniyev, 6. Vadim Abdullayev, 4. Tərzin Cahangirov, 27. Bəxtiyar Soltanov, 25. Vanderson Silva, 22. Miloş Bosançiç, 33. Eltun Turabov, 88. Elçin Əsədov, 97. Emil Qasımov 

Baş məşqçi: Elşad Əhmədov

______________________________________________________________________________

Keşlə – Səbail 0:3

Qol: Kevin Kubemba, 14. Elvin Yunuszadə, 52. Ağabala Ramazanov, 59.

Hakimlər: Rəhim Həsənov, Cəmil Quliyev, Mübariz Haşımov, Rauf Allahverdiyev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Seymur Səlimli
“ASK Arena”, 19:00

Keşlə: 1. Kamran Ağayev (k) 19. Azər Salahlı 33. Tərlan Quliyev 8. Seymur Əsədov 9. Amil Yunanov 3. Denis Silva 17. Samir Məsimov 25. Con Kamara 32. Valeri Kutsenko 2. Sərtan Taşqın 11. Vüsal İsgəndərli

Ehtiyat oyunçular: 30. Davud Kərimi 18. Ruslan Əmircanov 10. Ruslan Nəsirli 93. Edvinas Girdvainis 23. Conatan Ayite 14. Andre Klennon 65. Cabir Əmirli 66. Murad Qayalı 91. Nurlan Quliyev 95. Cavid Əliyev 90. Orxan Fərəcov
Baş məşqçi: Tərlan Əhmədov

Səbail: 1. Aleksandr Rıbka 13. Şəhriyar Rəhimov 5. Vüqar Bəybalayev 14. Rahid Əmirquliyev (k) 11. Ruslan Qurbanov 10. Ağabala Ramazanov 32. Elvin Yunuszadə 99. Jarjue Maudo 27. Emil Martinov 28. Kevin Kubemba 7. Fəhmin Muradbəyli

Ehtiyat oyunçular: 25. Elxan Əhmədov 50. Fərhad Vəliyev 26. Kamal Qurbanov 88. Orxan Qurbanlı 4. Enrike Perilyo 3. Tamazi Tsetsxladze 8. Yevgeni Koçuk 17. Elçin Rəhimli 70. Urfan İsmayılov 18. Aqşin Qurbanlı 19. Ruslan Hacıyev

Baş məşqçi: Aftandil Hacıyev

______________________________________________________________________________

3  fevral

Qəbələ – Sumqayıt 1:0

Qol: Stiven Monroz, 84.

Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rza Məmmədov, Kamal Umudlu
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Şaiq Həmidov
Qəbələ şəhər stadionu, 14:00

Qəbələ: 22. Dmitri Bezotosnı, 34. Urfan Abbasov, 14. Cavid Hüseynov (k), 4. Elvin Camalov, 3. Voislav Stankoviç, 21. Atakora Lalavele, 17. Ceyms Adeniyi, 28. Stiven Monroz, 9. Davit Volkov, 27. Bəhlul Mustafazadə, 2. Amin Seydiyev

Ehtiyat oyunçular:1. Anar Nəzirov, 35. Murad Popov, 5. Rasim Ramaldanov, 18. İlqar Qurbanov, 88. Sabien Lilay, 8. Qismət Alıyev, 7. Roman Hüseynov, 98. Rövlan Muradov 

Baş məşqçi: Sənan Qurbanov

Sumqayıt: 12. Rəşad Əzizli, 21. Arif Daşdəmirov, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 99. Əli Babayev, 10. Aleksey İsayev, 22. Əfran İsmayılov, 7. Cavid Tağıyev, 5. Adil Nağıyev, 8. Peyman Babayi, 74. Yusif Nəbiyev

Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 60. Elvin Məmmədov, 17. Nicat Qurbanov, 11. Atilla Yıldırım, 50. Peyman Keşavari, 15. Əmir Ağayev, 9. Ehtiram Şahverdiyev, 70. Ülvi İsgəndərov, 97. Xəyal Nəcəfov, 77. Murad Xaçayev, 18. Süleyman Əhmədov

Baş məşqçi: Ayxan Abbasov

______________________________________________________________________________

Qarabağ – Neftçi 1:1

Qol: Dani Kintana, 6. – Mamadu Mbodj, 30.

Qırmızı vərəqə: Anton Krivotsyuk, 70. (“Neftçi”) – Qara Qarayev, 90+2. (“Qarabağ”)

Baş hakim: Rəvan Həmzəzadə
Baş hakimin köməkçiləri: Knyaz Əmiraslanov, Vüqar Bayramov
Dördüncü hakim: Səbuhi Bayramov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi:
 Rüfət Əmirov

Qarabağ: 12. Şahrudin Məhəmmədəliyev, 55. Bədavi Hüseynov, 14. Rəşad Sadıqov (k), 5. Maksim Medvedev, 2. Qara Qarayev, 20. Riçard Almeyda, 17. Abdullah Zubir, 77. Donald Qerye, 19. Filip Ozobiç, 10. Dani Kintana, 11. Mahir Mədətov

Ehtiyat oyunçular: 1. Hannes Halldorsson, 13. Vaqner da Silva, 4. Rahil Məmmədov,m 30. Abbas Hüseynov, 52. Yakub Jezniçak, 25. Ansi Aqolli, 6. Simeon Slavçev, 7. İnnosent Emeqara, 18. İsmayıl İbrahimli, 21. Hacıağa Hacılı

Baş məşqçi: Qurban Qurbanov

Neftçi: 1. Səlahət Ağayev, 18. Tural Axundov, 8. Emin Mahmudov (k), 22. Mirabdulla Abbasov, 25. Kiril Petrov, 93. Soni Mustivar, 9. Baqali Dabo, 3. Mamadu Mbodj, 11. Vangelis Platellas, 5. Anton Krivotsyuk, 26. Ömər Buludov

Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 12. Kamran İbrahimov, 15. Ruslan Abışov, 21. Məhəmməd Mirzəbəyov, 17. Rəhman Hacıyev, 7. Namiq Ələsgərov, 33. Turan Vəlizadə, 32. Mirkamil Əliyev, 70. Əli Şirinov

Baş məşqçi:  Roberto Bordin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button