Azərbaycan cüdoçusu Avropa kubokunda bürünc medal qazandı

Azərbaycanın qadın cüdoçusu Aytac Qardaşxanlı Bosniya və Herseqovinanın Banya Luka şəhərində gənclər arasında keçirilən Avropa kubokunda bürünc medal qazanıb.

Komanda.az xəbər verir ki, 63 kq çəki dərəcəsində çıxış edən idmançı 3-cü yer uğrunda qarşılaşmada fransalı Yuliye Falqonla qarşılaşıb.

Rəqibinə qalib gələn Qardaşxanlı fəxri kürsünün 3-cü pilləsinə qalxıb.