Azərbaycan cüdoçularından Avropa kubokunda uğurlu start

Çexiyanın Praqa şəhərində gənc cüdoçular arasında Avropa kubokuna start verilib.

Komanda.az xəbər verir ki, beynəlxalq turnirin ilk günündə Azərbaycan cüdoçuları 3 medal qazanıblar.

Belə ki, 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Qasım Vəlizadə gümüş medala sahib olub. Daha bir təmsilçimiz Rəşad Quluzadə (66 kq) qitə kubokunda 2-ci yeri tutub. Qızların yarışında Nərmin Əkbərli (+78 kq) bürünc medala layiq görülüb.

Beləliklə, gənclərdən ibarət milli komandamız Praqa turnirinin ilk günündə aktivinə 2 gümüş və 1 bürünc medal yazdırıb.

Qeyd edək ki, Avropa kubokunda 33 ölkədən 383 cüdoçu yarışır.