Azərbaycan cüdoçuları üçün Rumıniya sınağı

Sabah Rumıniyada cüdo üzrə Açıq Avropa turnirinə start veriləcək.

Komanda.az xəbər verir ki, böyüklər arasında keçiriləcək turnirdə iştirak edəcək idmançılarımız artıq Rumıniyaya yollanıb.

Kluj-Napoka şəhərində keçiriləcək və iki gün davam edəcək turnirdə Azərbaycanı 14 kişi və 3 qadın cüdoçu təmsil edəcək.

Kişilərdən ibarət yığmanın idmançıları böyük məşqçisi Elçin İsmayılov və məşqçi Mehman Əzizov, qadınlardan ibarət yığmanın idmançıları isə baş məşqçi Rəşad Məmmədovun rəhbərliyi altında çıxış edəcək.

ACF-in B kateqoriyalı beynəlxalq dərəcəli hakimi Arzu Acalova turnirdə ədalət təmsilçiləri arasında yer alacaq.

33 ölkədən 62 qadın və 150 kişi cüdoçunun yarışacağı turnirdə iştirak edəcək idmançılarımızın siyahısı belədir:

Kişilər

-60 kq
Rəşad Yelkiyev
Nazir Talıbov

-66 kq
Ruslan Paşayev
Tofiq Məmmədov
Tofiq Əliyev
Elçin Hüseynov

-73 kq
Nəriman Mirzəyev
Telman Vəliyev
Nurlan Osmanov
Zaməddin Poladov

-81 kq
Hasil Cəfərov
Kərim Allahverdiyev

-90 kq
Murad Fətiyev

+100 kq
İmran Yusifov

Qadınlar

-48 kq
Ramilə Əliyeva

-70 kq
Südabə Ağayeva
Günel Həsənli