
Azərbaycan 1-ci Liqasına vəsiqə uğrunda pley-off matçının tarixi açıqlandı
Azərbaycan 1-ci Liqasına vəsiqə uğrunda pley-off oyununun tarixi müəyyənləşib.
Komanda.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
1-ci Liqada 9-cu yerin sahibi ilə 2-ci Liqada 2-ci yerin sahibi mayın 27-də üz-üzə gələcək.
Bundan əlavə, 2-ci Liqaya vəsiqə uğrunda pley-off matçlarının da tarixi dəqiqləşib. 2-ci Liqada 11-ci yerin sahibi AFFA Region Liqasında 2-ci yerin sahibi ilə mayın 29-da qarşılaşacaq.
2-ci Liqada 10-cu yerin sahibi Region Liqasında 3-cü yeri tutan komanda ilə eyni gündə münasibətlərə aydınlıq gətirəcək.
Qarşılaşmalar neytral meydanda keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



