Azərbaycan əsilli gimnastdan tarixi nəticə

Böyük Britaniyanı təmsil edən Azərbaycan əsilli idman gimnastı Cesika Qədirova İngiltərənin Liverpul şəhərində keçirilən dünya çempionatında bürünc medal əldə edib.

Komanda.az xəbər verir ki, hakimlərdən 44.199 xal alan 17 yaşlı idmançı çoxnövçülükdə fəxri kürsünün 3-cü pilləsinə qalxıb. Qədirova bununla tarixi nəticəyə imza atıb.

Bu, Böyük Britaniyanın dünya çempionatında qadınlar arasında şəxsi çoxnövçülük üzrə ilk medalı olub.

Onun əkiz bacısı Cennifer Qədirova da gimnastika ilə məşğul olur. Onlar ötən il Yaponiyanın paytaxtı Tokiodakı Yay Olimpiya Oyunlarında 3-cü yeri tutaraq, Böyük Britaniyaya 93 ildən sonra bu idman növü üzrə olimpiya medalı qazandırıblar.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button