“Ayntraxt”dan güclü komandalara qalib gəlmişdik” – Moyes

“Vest Hem”in baş məşqçisi Devid Moyes Avropa Liqasının yarımfinalında “Ayntraxt”a (0:1) məğlubiyyəti şərh edib.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Moyes, rəqibdən daha yaxşı oynadıqlarını söyləyib:

“Çalışdıq, şanslar yaratdıq və düşünürəm ki, rəqibdən daha kəskin hücuma keçdik. “Ayntraxt”ı təbrik etməli və ona ən yaxşısını arzulamalıyıq. Şanslar var idi, əlbəttə. Bu turnirdə “Ayntraxt”dan güclü komandalara qalib gəlmişdik. Düzünü desəm, yəqin ki, Londondakı matçın ilk dəqiqələrində bu qarşıdurmanı uduzduq”.

“Vest Hem” ilk oyunda da “Ayntraxt”a 1:2 hesabı ilə məğlub olub.

“Ayntraxt” Avropa Liqasının finalında mayın 18-də “Reyncers”lə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button