“Ayntraxt” PSV-nin futbolçusunun transfer hüquqlarını alıb

“Ayntraxt”ın (Frankfurt) müdafiəçisi Filipp Maks növbəti mövsüm də Almaniya klubunda çıxış edəcək.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Frankfurt təmsilçisi onun transfer hüquqlarını PSV-dən aldığını açıqlayıb. 29 yaşlı futbolçu ilə 2026-cı ilə qədər müqavilə imzalanıb.

Maks bu ilin yanvarından icarə əsasında Bundesliqa klubunda çıxış edir. Bu müddət ərzində o, 13 matça çıxıb və bir məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button