Ayaz Quliyevin komandasını yarımfinala buraxmadılar

Futbol üzrə Rusiya kubokunda 1/4 final mərhələsinin cavab oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi Moskva “Spartak”ı da bu turnirdə növbəti matçına çıxıb. Paytaxt klubu səfərdə “Ural”la qarşılaşıb. Bu komandalar arasında Moskvada baş tutan ilk oyunda qalib müəyyənləşməmişdi – 1:1. Cavab görüşündə isə Yekaterinburq təmsilçisi minimal hesabla qalib gələrək yarımfinala yüksəlib.

Quliyev də bu oyunun iştirakçısı olub. Start heyətdə meydana çıxan Ayaz, 69-cu dəqiqədə əvəzlənib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button