Ayaz Quliyevin komandası Avropa Liqasında

Futbol üzrə Rusiya Premyer Liqasında 2018/19 mövsümünə yekun vurulub.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi Moskva “Spartak”ı da sonuncu matçına çıxıb.

Sözügedən komanda 30-cu tur çərçivəsində səfərdə “Orenburq”la üz-üzə gəlib. Ayazın komandası bu görüşdən məğlubiyyətlə ayrılıb – 0:2.

Quliyev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 57-ci dəqiqədə əvəzlənib. Ayaz 27-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

“Spartak” mövsümü 49 xalla 16 iştirakçı arasında 5-ci pillədə başa vurub. Moskva klubu növbəti mövsümdə Rusiyanı Avropa Liqasında təmsil etmək hüququ qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button