Ayaz Quliyevdən avtomobillə bağlı növbəti qalmaqal

Moskva “Spartak”ının yarımmüdafiəçisi Ayaz Quliyev növbəti dəfə qalmaqalla gündəmə gəlib.

Komanda.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bir müddət öncə işıqforun qırmızı işığında keçdiyi üçün 4 ay müddətinə sürücülük hüququndan məhrum edilən azərbaycanlı futbolçu bu dəfə sürət həddini aşdığına görə cərimələnib.

Hadisə may ayının 24-də baş verib. Futbolçu buna görə 500 rubl məbləğində cərimə ödəyəcək.

Ayaz aprelin 10-da Moskva küçələrinin birində piyada keçidində yol vermədiyi üçün dalaşdığı amerikalı turistin burnunu sındırmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button