Ayaz Quliyev oynadı, “Spartak” darmadağına üzüldü

Futbol üzrə Rusiya Premyer Liqasında 25-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi Moskva “Spartak”ı da növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə Tula “Arsenal”ı ilə üz-üzə gəlib. Ayazın komandası bu görüşdən məğlubiyyətlə ayrılıb – 0:3.

Quliyev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 59-cu dəqiqədə əvəzlənib.

Hazırda “Spartak” 39 xalla 16 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.