“Ayaks” Slotla danışıq aparıb

“Ayaks” baş məşqçi məsələsi ilə bağlı yeni planlar hazırlayır.

Cari mövsümdəki uğursuzluqlar fonunda “Liverpul”un çalışdırıcısı Arne Slotun gələcəyi ilə bağlı suallar yaranıb.

Komanda.az “Goal”-a istinadən xəbər verir ki, Amsterdam təmsilçisi 47 yaşlı mütəxəssislə ilkin danışıqlar aparıb.

“Ayaks” Slotu yalnız o halda baş məşqçi kimi görmək istəyir ki, o, mövsümün sonunda “Liverpul”dan ayrılsın. Hazırda isə rəsmi ayrılıq barədə heç bir açıqlama yoxdur. Bildirilib ki, “qırmızılar” Premyer Liqada növbəti mövsüm üçün UEFA Çempionlar Liqasına vəsiqə qazana bilməsə, klub rəhbərliyi dəyişiklik edə bilər.

Niderlanlı mütəxəssisin “Liverpul”la müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir. Komanda 35 turdan sonra 58 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button