“Zalsburq” nəhənglərin “radar”ında olan hücumçuya qiymət qoydu

Avstriyanın “Zalsburq” klubu hücumçusu Karim Adeyeminin transfer dəyərini müəyyənləşdirib.

Komanda.az xəbər verir ki, Bundesliqa təmsilçisi adı “Liverpul”, “Bayern”, “Barselona” kimi klublarla hallanan futbolçu üçün azı 30 milyon avro tələb edir. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Bu məbləğ Adeyeminin bu mövsümkü performansına görə 40 milyon avroya da qalxa bilər.

Alman futbolçu bu mövsüm “Zalsburq”la 16 oyunda 11 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button