“Bayern”in yarımmüdafiəçisi Avstriyada ilin futbolçusu seçildi

“Bayern”in yarımmüdafiəçisi Konrad Laymer başa çatmaqda olan ilin yekunlarına əsasən Avstriyada ilin ən yaxşı futbolçusu seçilib.

Komanda.az xəbər verir ki, bu barədə ölkənin futbol ittifaqının mətbuat xidməti məlumat yayıb.

Səsvermədə Laymer inamlı qələbə qazanaraq 51 xal toplayıb. İkinci yeri “Leyptsiq”in yarımmüdafiəçisi Kristof Baumqartner (16 xal), 3-cü pilləni isə Serbiyanın “Srvena Zvezda” klubunun hücumçusu Marko Arnautoviç (15 xal) tutub.

28 yaşlı yarımmüdafiəçi cari mövsümdə Bundesliqada 14 oyunda iştirak edib, 2 qol vurub və 3 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button