Avstriya – Azərbaycan oyunu üçün neçə bilet satılıb?

Martın 24-də Linzdə Avstriya və Azərbaycan milli komandaları arasında keçiriləcək Avropa çempionatının seçmə oyununa maraq böyükdür.

Komanda.az “Skysportaustria”-a istinadən xəbər verir ki, ötən gün qarşılaşma üçün bir neçə saat ərzində 15 min bilet satılıb. Digər biletlərin martın 15-dən sonra satışa çıxarılacağı deyilib.

“Raiffeisen Arena”da oynanılacaq matç saat 23:45-də start götürəcək. Stadion 19 min azarkeş tutumuna malikdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button