Klublar Avropa Super Liqasında nə qədər qazana bilərmiş?

“Barselona”nın prezidenti Xuan Laporta Avropa Super Liqasında bir il ərzində nə qədər pul qazana biləcəklərini açıqlayıb.

Komanda.az “sport.es”-ə istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin prezidenti turnirin ümumi mükafatı barədə məlumat verib:

“Klublar üçün bir milyard avro pul mükafatı var. Həm də, bu turnirdə iştirak etməklə hər il təxminən 300 milyon avro qazana bilərdik”.

Ötən il aprelin 18-də “Mançester Yunayted”, “Mançester Siti”, “Arsenal”, “Liverpul”, “Tottenhem”, “Çelsi”, “Real”, “Barselona”, “Atletiko”, “Yuventus”, “Milan” və “İnter” klubları Avropa Super Liqasını yaratdıqlarını açıqlayıblar. Lakin sonradan “Real”, “Barselona” və “Yuventus”dan başqa, digər klublar turnirdən imtina ediblər.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button