Avropa Liqası: “Qarabağ” “Qalatasaray”la görüşə bilər

“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqibləri məlum olub.

Komanda.az xəbər verir ki, “köhlən atlar” 3-cü mərhələdə Finlandiya təmsilçisi HJK-yə qalib gəlsə, növbəti raundda Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində üz-üzə gələcək “Olimpiya” (Sloveniya) – “Qalatasaray” (Türkiyə) cütünün məğlubu ilə qarşılaşacaq.

“Qarabağ” – HJK cütünün qalibi ilk matçını səfərdə keçirməlidir.

Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları 24 avqustda, cavab görüşləri isə 31 avqustda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button