Avropa Liqası: “Qarabağ” “Beşiktaş”la qarşılaşa bilər

“Qarabağ”ın UEFA Avropa Liqasının 2026/2027 mövsümünün 2-ci təsnifat mərhələsindəki potensial rəqibləri azalıb.

Komanda.az xəbər verir ki, bu barədə UEFA məlumat yayıb.

Ağdam təmsilçisi 1-ci təsnifat mərhələsində İslandiyanın “Vestri” komandasını məğlub etsə, “Beşiktaş” (Türkiyə), “Tvente” (Niderland), “Tromse” (Norveç), “Hammarbü” (İsveç) və ya ÇSKA (Sofiya, Bolqarıstan) – “Derri Siti” (İrlandiya) cütünün qalibi ilə görüşəcək.

UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsinin oyunları 23 və 30 iyulda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button