Avropa Gənclər Olimpiya Festivalında ilk qızıl medal!

Azərbaycanın qadın cüdoçusu Fidan Əlizadə Slovakiyanın Banska Bistritsa şəhərində keçirilən Avropa Gənclər Olimpiya Festivalında (EYOF) qızıl medal qazanıb.

Komanda.az xəbər verir ki, 57 kq-da çıxış edən idmançı finalda niderlandlı Yuliya Berskensə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu, Azərbaycanın EYOF-da ilk qızıl medalı olub.

52 kq çəki dərəcəsindəki Aydan Vəliyeva isə bürünc medal uğrunda qarşılaşmada böyük britaniyalı Şarlotta Cenmana qalib gəlməklə 3-cü yeri tutub.

Daha əvvəl Azərbaycanın 3 cüdoçusu Avropa Gənclər Olimpiya Festivalında gümüş medal qazanmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button