Avropa çempionatında daha bir bürünc medal

Azərbaycan cüdoçusu Zelim Kotsoyev Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

Komanda.az xəbər verir ki, 100 kq çəki dərəcəsində çıxış edən 22 yaşlı cüdoçumuz mübarizəyə 1/16 final mərhələsindən başlayıb.

O, avstriyalı Aaron Fara və macarıstanlı Jombor Veq üzərində qələbə qazandıqdan sonra 1/4 finalda gürcüstanlı İlia Sulamanidzeyə uduzub. Bununla belə, Kotsoyev təsəlliverici görüşdə fransalı Siril Mareti üstələməyi bacarıb. 3-cü yer uğrunda qarşılaşmada onun rəqibi rusiyalı Niyaz İlyasov olub. Görüşün başa çatmasına 1 dəqiqə 10 saniyə qalmış Zelim Kotsoyev rəqibini ipponla məğlub edib.

Beləliklə, Azərbaycan millisi Avropa çempionatını iki bürünc medalla başa vurub. Daha əvvəl Kəramət Hüseynov (60 kq) da fəxri kürsüyə qalxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button