
Avropa çempionatı: Hacıyev finala yüksəldi
Azərbaycanlı cüdoçu Elcan Hacıyev Çexiyanın paytaxtı Praqada keçirilən gənclərin Avropa çempionatında finala yüksəlib.
Komanda.az xəbər verir ki, 81 kq çəki dərəcəsində mübarizə aparan Hacıyev yarımfinalda çexiyalı Adam Kopeçkiyə 108 saniyəyə qalib gəlib. Finalda onun rəqibi italiyalı Brayt Maddaloni Nosa olacaq.
Azərbaycanın daha bir cüdoçusu, 73 kq çəkidəki Vüsal Qələndərzadə isə yarımfinalda macarıstanlı Gergeli Adoryani ilə qarşılaşacaq.
İlk yarış günündə 60 kq çəki dərəcəsində yer alan Turan Bayramov gümüş medal qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



