Avropa çempionatı: Azərbaycanın 5 güləşçisi yarımfinalda

Serbiyanın Zrenyanin şəhərində təşkil olunan güləş üzrə U-23 Avropa çempionatı davam edir.

Komanda.az xəbər verir ki, bu gün Azərbaycanın beş sərbəst güləşçisi yarımfinala adlayıb.

Ceyhun Allhverdiyev (61 kq) Ağanəzər Novruzov (74) kq, Vasif Xudiyev (86 kq), Ali Tsokayev (92 kq) və Yusif Dursunov (125 kq) finalın bir addımlığında mübarizə aparacaqlar.

U-23 Avropa çempionatı martın 15-nə qədər davam edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button