Avropa çempionatı: Azərbaycan millisi seçmə mərhələyə start verir

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsinin ilk raunduna start verir.

Komanda.az xəbər verir ki, B Liqasının 6-cı qrupunda yer alan U-19 ilk matçını meydan sahibi Litva millisinə qarşı keçirəcək. Qarşılaşma sat 20:00-da Kaunasdakı “Raudondvario” stadionunda start götürəcək. Matçı Moldova və Ukraynadan olan hakimlər briqadası idarə edəcək.

U-19 növbəti oyununu martın 28-də Şimali İrlandiyaya qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button