Avroliqanın pley-offu üçün 10 cüt

Avropa Liqasında pley-offun bütün cütləri müəyyənləşib.

Komanda.az xəbər verir ki, qrup mərhələsinə vəsiqə uğrunda 20 kollektiv mübarizə aparacaq.

Türkiyənin bu turnirdəki təmsilçiləri – “Fənərbaxça” və “Sivasspor” müvafiq olaraq “Austriya” (Avstriya) və “Malmö” (İsveç) ilə qarşılaşacaqlar.

Pley-offun ilk oyunları 18 avqustda, cavab görüşləri 25 avqustda baş tutacaq.

Avropa Liqası, pley-off mərhələsi

Dnepr-1 (Ukrayna) – AEK (Kipr)

Gent (Belçika) – Omoniya (Kipr)

Austriya (Avstriya) – Fənərbaxça (Türkiyə)

Sürix (İsveçrə) – Harts (Şotlandiya)

HJK (Finlandiya) – Silkeborq (Danimarka)

Malmö (İsveç) – Sivasspor (Türkiyə)

Ferentsvaroş (Macarıstan) – Şemrok Rovers (İrlandiya)

Apollon (Kipr) – Olimpiakos (Yunanıstan)

Pünik (Ermənistan) – Şerif (Moldova)

Ludoqorets (Bolqarıstan) – Jalgiris (Litva)