Avroliqada sonuncu həftənin ən yaxşı oyunçusu bəlli oldu

Futbol üzrə Avropa Liqasında mövsümün sonuncu həftəsinin ən yaxşı oyunçusu müəyyənləşib.

Komanda.az xəbər verir ki, “Çelsi”nin hücumçusu Eden Hazard sonuncu həftənin ən yaxşısı adını qazanıb. Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Həftənin ən yaxşısı adını qazanmağa “Çelsi”nin digər oyunçuları – müdafiəçi Emerson Palmieri, hücumçular Pedro Rodriqes və Olivye Jiru da namizəd idi. Amma azarkeşlər qitə futbol qurumunun rəsmi saytında keçirilən sorğuda belçikalı forvardı ən yaxşı hesab ediblər.

“Çelsi” Bakıda baş tutan Avroliqanın final matçında “Arsenal”ı 4:1 hesabıyla məğlub edib. Hazard bu oyunda komandasının qələbəsinə 2 qol və 1 məhsuldar ötürmə ilə töhfə verib.