“Avrokuboklarda irəliləmək təcrübə qazanmaq üçün də bir şansdır” – Konte

Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində “Xetafe”yə (İspaniya) 2:0 hesabı ilə qalib gələn İtaliyanın “İnter” klubunun baş məşqçisi Antonio Konte açıqlama verib.

Komanda.az xəbər verir ki, italiyalı mütəxəssis, “neradzurra”nın çıxışından razı qaldığını bildirib:

“Oyunun çətin keçəcəyini çox yaxşı bilirdik. “Xetafe” qarşılaşmaya yaxşı başladı, lakin sonra nəzarəti ələ aldıq. Futbolçular hər epizod üçün sona qədər mübarizə aparırdılar. Avrokuboklarda irəliləmək təcrübə qazanmaq üçün də bir şansdır. Komandanın çıxışından razıyam. Qol vurmaq üçün daha çox şansımız vardı”.