
“Atletiko” hücumçusunun İtaliya klubuna keçidinə razılıq verib
“Atletiko” hücumçusu Cakomo Raspadorini onun mümkün transferi ilə bağlı “Roma” ilə razılığın əldə olunduğu barədə məlumatlandırıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər futbolçunun icarə əsasında keçidi və məcburi satınalma şərti üzərində anlaşıblar.
Ancaq Raspadori hələ yekun qərarını verməyib və düşünmək üçün vaxt istəyib. O, vəziyyəti şəxsən “Atletiko”nun baş məşqçisi Dieqo Simeone ilə müzakirə etməyi planlaşdırır.
İtaliyalı forvard 2025/26 mövsümündə 14 matçda meydana çıxıb, 2 qol vurub və 3 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



