İspan futbolçudan “Mançester Siti”yə “yox” cavabı

“Mançester Siti”nin “Atletiko”nun futbolçusu Rodriqonu transfer etmək istədiyini xəbər vermişdik.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “şəhərlilər”in 70 milyon avroluq transfer məbləğini ödəməyə hazır olduğu yarımmüdafiəçi, Madrid klubunda qalmağı qərara alıb. İspan futbolçunun qərarına baxmayaraq, “Atletiko”nun bu məbləği artırmaq istədiyi bildirilir.

“Mançester Siti” ilə yanaşı, “Mançester Yunayted”, “Bavariya” və PSJ kimi klubların da 22 yaşlı futbolçu ilə maraqlandığı deyilir.

“Atletiko” ilə 2023-cü ilədək müqaviləsi olan Rodriqo, bu mövsüm iştirak etdiyi 44 oyunda 2 qolla yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button