Oblak qərarını verdi: İngiltərəyə getmək istəyir

İspaniyanın “Atletiko” klubunun qapıçısı Yan Oblak gələcəyi ilə bağlı qərar verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “Mançester Yunayted”in hədəfində olduğu deyilən futbolçu, Madrid təmsilçisindən ayrılmağı qərara alıb.

Növbəti mövsüm “qırmızı şeytanlar”da çıxış etmək istədiyi bildirilən futbolçunun transfer qiymətinin 120 milyon avro olduğu və “Mançester Yunayted”in bu məbləği ödəyəcəyi təqdirdə, keçidin reallaşacağı deyilir.

2014-cü ildə 16 milyon avro qarşılığında “Benfika”dan transfer edilən Oblak, apreldə “Atletiko” ilə 2023-cü ilədək nəzərdə tutulan yeni müqavilə imzalamışdı. Sloveniyalı qolkiper, bu mövsüm keçirdiyi 46 oyunda 38 qol buraxıb, 24 matçda qapısını toxunulmaz saxlamağı bacarıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button