
“Atletiko” Qrizmannın əvəzləyicisini seçib
“Atletiko”nun hücumçusu Antuan Qrizmann yayda komandanı tərk edəcək. Fransalı futbolçu artıq ABŞ-nin “Orlando Siti” klubu ilə müqavilə imzalayıb və karyerasını MLS-də davam etdirəcək.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, Madrid təmsilçisi isə artıq fransalı oyunçunun əvəzləyicisini müəyyənləşdirib. Klub, Dortmund “Borussiya”sından Yulian Brandtı transfer etməyi planlaşdırır. Almaniyalı yarımmüdafiəçi mövsümün sonunda müqaviləsinin müddəti başa çatacağı üçün azad agent kimi transfer oluna bilər və “Atletiko” onu pulsuz heyətinə qatmaq istəyir.
Brandt 2019-cu ildə Leverkuzen “Bayer”indən Dortmund klubuna 25 milyon avroya transfer olunub. O, cari mövsümdə 37 oyunda iştirak edib, 11 qol vurub və 3 məhsuldar ötürmə verib.
Bizi Facebook-da izləyin



