“Atletiko”nun 70 milyon avroluq tələbi

İspaniyanın “Atletiko” klubu hücumçusu Dieqo Kostanın transfer qiymətini müəyyənləşdirib.

Komanda.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, Madrid təmsilçisi, İngiltərənin “Vulverhempton” klubunun maraq dairəsində olan braziliyalı futbolçu üçün 70 milyon avro tələb edir. “Vulverhempton” klubunun futbolçunun meneceri ilə əlaqə saxladığı və transfer vəziyyəti ilə maraqlandığı bildirilir.

“Atletiko” ilə 2021-ci ilədək müqaviləsi olan 30 yaşlı futbolçu, son mövsümdə iştirak etdiyi 21 oyunda 5 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button