“Atletiko” MY ilə danışıqlara başlayıb

“Mançester Yunayted”ə məxsus olan, icarə əsasında “Xetafe”də oynayan Meyson Qrinvud “Atletiko”ya keçə bilər.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, Madrid klubu 22 yaşlı futbolçunun mümkün transferi ilə bağlı Mançester təmsilçisi ilə danışıqlara başlayıb.

Daha əvvəl ingiltərəli hücumçu ilə “Barselona”, “Real Sosyedad” və “Valensiya”nın maraqlandığı bildirilirdi.

Qrinvud bu mövsüm “Xetafe” ilə bütün yarışlarda 15 oyuna çıxıb, 5 qol vurub və 4 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button