“Atletiko” braziliyalı futbolçu ilə maraqlanır

“Atletiko” İngiltərə Premyer Liqasından yeni transferə hazırlaşır.

Komanda.az “Talksport”-a istinadən xəbər verir ki, Madrid təmsilçisi Joao Qomeslə yaxından maraqlanır. Braziliyalı futbolçu hazırda “Vulverhempton”un şərəfini qoruyur.

Bildirilir ki, “Atletiko” 25 yaşlı oyunçunu komandanın yarımmüdafiə xəttində əsas fiqur kimi görür və onu baş məşqçi Dieqo Simeonenin sisteminə uyğun hesab edir.

Qomes 2023-cü ildən “Vulverhempton”un formasını geyinir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button