“Bunu yaşamaq mənə qismət olmayıb” – “Atletiko”nun hücumçusu

“Atletiko”nun hücumçusu Alvaro Morata komanda ilə titul qazanmaq arzusundan danışıb.

Komanda.az “El Larguero”-ya istinadən xəbər verir ki, o, bu arzunun hər şeydən vacib olduğuna inanır:

“Mən daha çox və ya daha az qol vura bilərəm, amma həqiqətən, “Atletiko” ilə titul qazanmaq istəyirəm. Bu, puldan və ya mənə fərqli münasibət göstərən başqa klublara getməkdən daha vacibdir. Bunu yaşamaq (titulu qazanmaq) mənə qismət olmayıb. Amma kənardan baxanda görürsən ki, bu, oyunçu üçün fərqli hiss olmalıdır, çünki hər oyun insanların onu necə qəbul etdiyinə görə fərqli oynanılır”.

İspaniyalı hücumçu 2019-cu ildən “Atletiko”da çıxış edir. O, bu mövsüm bütün yarışlarda 8 oyun keçirib və 7 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button