“Ayaks” 45 milyona “yox” dedi

“Atletiko” “Ayaks”ın futbolçusu David Neresi transfer etmək niyyətindədir.

Komanda.az xəbər verir ki, Madrid təmsilçisi 22 yaşlı hücumçu üçün “Ayaks”a 45 milyon avro təklif edib. Bu barədə Braziliya mətbuatı məlumat yayıb.

“Ayaks”ın “Atletiko”nun ilk təklifini rədd etdiyi bildirilir. Tərəflər arasında danışıqlar davam edir.

Nereslə “Çelsi” və “Arsenal” da yaxından maraqlanır.

Braziliyalı futbolçunun klubu ilə 2022-ci ilə qədər müqaviləsi var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button