
“Atletiko” 15 ildən sonra ilk dəfə belə halla rastlaşdı
“Atletiko” La Liqanın 24-cü turunda gözlənilmədən “Rayo Valyekano”ya 0:3 hesabı ilə məğlub olub.
“Arıçılar” ilk hissədə iki cavabsız qol vuraraq üstünlüyü ələ keçiriblər. Meydan sahibləri fasilədən sonra daha bir dəfə fərqlənərək oyunun taleyini həll ediblər.
Komanda.az “Opta”-ya istinadən xəbər verir ki, Madrid təmsilçisinin qapısına baş məşqçi Dieqo Simeonenin rəhbərliyi dövründə ilk dəfə birinci hissədə 7 zərbə vurulub.
Simeonenin komandada çalışdığı müddətdə belə hal sonuncu dəfə 2011-ci ilin martında, “Real”la qarşılaşmada qeydə alınmışdı. Həmin oyun “Visente Kalderon” stadionunda keçirilmişdi.
Dieqo Simeone 2011-ci ilin dekabrında “Atletiko”nun baş məşqçisi təyin olunub. Madrid komandası argentinalı mütəxəssisin rəhbərliyi altında iki dəfə La Liqanın qalibi olub.
Bizi Facebook-da izləyin



