“Atam məni “Liverpul”da görmək istəyir”

“Leyptsiq”in cinah oyunçusu Yan Diomande “Liverpul” azarkeşi olması ilə bağlı şayiələrə cavab verib.

Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, Fil Dişi Sahilindən olan futbolçu atasının onu “Liverpul”da görmək istədiyini deyib:

“Çoxu bunun mənim xəyalımdakı klub olduğunu söyləyir. Amma ən əsası, bu, atamın ən sevimli klubudur. O, həqiqətən də bir gün məni orada görmək istəyir, çünki “Enfild”dəki atmosferi sevir. O, həmişə Stiven Cerrarda heyran olub”.

19 yaşlı vinger bu mövsüm bütün yarışlarda 24 oyunda meydana çıxıb, 9 qol vurub və 6 məhsuldar ötürmə edib. Daha əvvəl “Bayern”, PSJ, “Mançester Yunayted”, “Mançester Siti”, “Barselona” və Avropanın digər klublarının Diomande ilə maraqlandığı bildirilirdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button