“Atalanta”nın futbolçusu “Qəbələ”də

Yeni mövsümün hazırlığını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.

Komanda.az xəbər verir ki, “qırmızı-qaralar” şimali makedoniyalı İsnik Alimi ilə güclənib. 27 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Orta sahə oyunçusunun son klubu İtaliya “Atalanta”sı olub. 2015-21-ci illərdə Berqamo təmsilçisinə məxsus olan İsnik bu müddətdə icarə əsasında İtaliya klubları “Makerateze” (2015-16), “Forli” (2016-17), “Viçentsa” (2017-18), “Rimini” (2018-19), “İmoleze” (2019-20), həmçinin Xorvatiya “Şibenik”ində (2020-21) çıxış edib. O, karyerası ərzində Şimali Makedoniyanın “Ohrid” (2011), Xorvatiyanın “Noviqrad” (2012), İtaliyanın “Kyevo” (2014-15) və “Lumezzane” (2014-15, icarədə) klublarının da formasını geyinib. Alimi Şimali Makedoniyanın U-19 (2011-12), Albaniyanın U-21 (2014-16) milli komandalarının da şərəfini qoruyub.

Xatırladaq ki, “Qəbələ” Alimiyə qədər Ürfan Abbasov, Məqsəd İsayev, Nicat Mehbalıyev və Kristof Atanqana-Assimbanı heyətinə qatıb.